Neymarın gələcəyi bəlli oldu

Bölmə adı Digər
Yayımlandı 1-01-2026, 17:24

“Santos”un hücumçusu Neymar klubda qalacaq.


Sport1.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 33 yaşlı braziliyalı futbolçu “Santos”la müqaviləsini 2026-cı ilin sonuna qədər uzadacaq. Onun mövcud sözləşməsi 31 dekabr 2025-ci ildə başa çatmışdı.


Qeyd olunur ki, Neymar dekabrın 22-də menisk bağlarının qopması səbəbindən əməliyyat olunub və cərrahi müdaxilə uğurla başa çatıb.


Xatırladaq ki, Neymar 2025-ci ilin yanvarında yenidən “Santos”a qayıdıb. O, 2025 mövsümündə bütün turnirlər üzrə 28 oyunda meydana çıxaraq 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Braziliyalı ulduz daha əvvəl “Əl-Hilal”, PSJ və “Barselona”nın formasını geyinib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR