
Joze Mourinyo yenidən “Çelsi”yə qayıtmağa hazırdır.
Sport1.az xəbər verir ki, bu barədə “Indykaila News” X sosial şəbəkəsində məlumat yayıb. Mənbənin iddiasına görə, hazırda “Benfika”nın baş məşqçisi olan portuqaliyalı mütəxəssis London klubundan təklif alacağı təqdirdə tərəddüd etmədən bu posta razılıq verəcək.
Bildirilir ki, Mourinyo “Çelsi”ni özünün əsl futbol sevgisi hesab edir və yenidən “zadəganlar”ın sükanı arxasına keçmək arzusundadır. Lakin məlumatda vurğulanır ki, London təmsilçisinin rəhbərliyi bu məsələdə eyni mövqedə olmaya bilər. Klubun daha müasir futbol fəlsəfəsinə malik baş məşqçi axtardığı qeyd olunur.
Qeyd edək ki, Joze Mourinyo “Çelsi”yə iki dəfə baş məşqçilik edib — 2004–2007 və 2013–2015-ci illərdə. London klubu hazırda İngiltərə Premyer Liqasında 19 turdan sonra 30 xalla 5-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 15 xal geri qalır.