
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Rodri ilə bağlı gözləntilərini açıqlayıb.
Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis dizinin çarpaz bağlarından zədə alan yarımmüdafiəçi barədə danışarkən onun psixoloji durumuna xüsusi önəm verdiyini bildirib. Qvardiolanın sözlərinə görə, əsas istəyi Rodrini yenidən xoşbəxt və oyundan zövq alan vəziyyətdə görməkdir:
“İstədiyim yeganə şey Rodrini xoşbəxt görməkdir. Bilirəm ki, dizində problem yoxdur, əzələləri də qaydasındadır. Hamımızın tanıdığı, oyundan zövq alan Rodrini görmək istəyirəm. Bunu ilk növbədə onun özü üçün arzulayıram. Komanda üçün də vacibdir, bəlkə bir az eqoist səslənir. Ümid edirəm ki, addım-addım komandaya qayıdacaq. Çünki ötən mövsüm onu çox axtardıq. Son iki ildə komandamızın ən yaxşı futbolçusu idi”.
Qeyd edək ki, Rodri ağır zədə səbəbindən uzun müddət meydanlardan kənarda qalıb və hazırda bərpa prosesini davam etdirir.