
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç “Messi, yoxsa Ronaldo?” sualına münasibət bildirib və sabiq komanda yoldaşı Kriştiano Ronaldonun insani keyfiyyətlərindən danışıb.
Sport1.az xəbər verir ki, xorvatiyalı futbolçu bu cür müqayisəni sevmədiyini açıq şəkildə ifadə edib:
“Bu sual xoşuma gəlmir. Onlar bütöv bir dövrə damğa vurublar. Mənə Kriştiano daha yaxındır, çünki onunla eyni komandada oynamışam. O, “Real” klubunda mənim tərəfdaşım idi. Əminliklə deyə bilərəm ki, Kriştiano təkcə böyük futbolçu deyil, həm də möhtəşəm insandır. Çoxları bunu bilmir, amma onun ürəyi çox genişdir, hər zaman kömək etməyə hazırdır. Üstəlik, olduqca sadə insandır”.
Modriç Lionel Messi ilə bağlı da fikirlərini bölüşüb:
“Onu insan kimi yaxından tanımıram, amma şübhə etmirəm ki, o da çox yaxşı insandır. Futbolçu kimi isə Messi möhtəşəmdir”.
Qeyd edək ki, Luka Modriç uzun illər “Real”da Kriştiano Ronaldo ilə birlikdə çıxış edib. Hazırda portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir.