
“Real”ın hücumçusu Kilian Mbappe zədə səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.
Sport1.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. Fransalı forvardın diz bağlarında dartılma aşkarlanıb. Futbolçu MRT müayinəsindən keçib və zədənin dəqiq xarakteri müəyyənləşdirilib.
Məlumata görə, Mbappe təxminən üç həftəlik fasilə verməli olacaq. Bu səbəbdən onun La Liqanın 18-ci turunda yanvarın 4-də “Betis”lə, eləcə də yanvarın 8-də İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə keçiriləcək qarşılaşmalarda iştirakı gözlənilmir.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlər üzrə 24 oyunda meydana çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.