13:09 31.12.2025 175

İlin taxta medalçıları

2025-ci ildə Azərbaycan futbolunda maraqlı hadisələr yaşandı.


"Qarabağ" Çempionlar Liqasında yenidən əsas mərhələyə vəsiqə qazandı. Legioner limiti ləğv olundu. 


Əslində bu hadisələri nəzərə almasaq, Azərbaycan futbolunda 365 günü Yerin Günəş ətrafında fırlanması kimi xarakterizə edə bilərik.


İlin bu vaxtlarında bir çox media qurumları ən yaxşıların adlarını açıqlayırlar. Uzun müddət əməkdaşı olduğum "Futbol+" qəzeti "ilin ən yaxşı futbolçusu"nu seçir. "Komanda.az" saytı "ilin ən yaxşı baş məşqçisi"nin adını açıqlayır.


Sport1.az olaraq "İlin taxta medalçıları"nı - ən pislərini seçmək qərarına gəldik. Açığı, sorğu etmək istəyirdik. Lakin avtosenzuralı cəmiyyətdə bu cür səsvermədə iştirak edənlərin olacağına inanmadıq.


Həm də "İlin taxta medalçıları" layihəsi satirik yanaşmadır. Fikirlərin çoxluğu yumurun keyfiyyətinin azalmasına səbəb ola bilər. 


Hər nəysə! 11 nominasiyamız var. Düşünürük ki, seçimlərimiz düzgün və ədalətlidir. Kiminsə haqqına girməmişik.


* İlin ən pis baş məşqçisi - Adil Şükürov

Təbii ki, azarkeşi "razborka"ya çağıran, yeni "Kəpəz" formalaşdıra bilməyən, I Liqada 2-ci pillədə qərarlaşan "Səbail"i gələn kimi üçüncü etməyi bacaran məşqçi diqqətimizdən kənarda qala bilməzdi.



* İlin ən pis klubu - "Karvan - Yevlax"

Yevlax təmsilçisinin hazırda iki baş məşqçisi var. Azər Həşimovla rəsmi olaraq yollar ayrılmayıb. Hazırkı çalışdırıcı Füzuli Məmmədovu ictimaiyyətə təqdim edə bilmirlər. "İlin ən pis klubu" adına layiq olmaq üçün bundan artığını etmək olmazdı.


* İlin ən pis futbolçusu - Adil Nağıyev

Öz komandasının məğlubiyyətinə mərc edən şəxs pislərin şahıdır.


* İlin ən pis qapıçısı - Kasper Roşa

Dosta güvən verməyən, yadları sevindirən ad. Bərbad komanda formalaşdırmaq istəyirsinizsə, bu ad sizin ilk seçiminiz ola bilər.


* İlin ən pis hücumçusu - Renat Dadaşov

Rəsmi olaraq 2025-ci ildə 3 komandada - "Ankaragücü", "Radomiyak" və "Motor"da çıxış edən millimizin üzvü cəmi 2 qol vurmağı bacarıb. Rəqib müdafiəçiləri heç cür narahat etməyən Renatdan başqa kimsə bu ada layiq ola bilməzdi.


* İlin ən pis hakimi - İnqilab Məmmədov

Əminik ki, Premyer Liqada çıxış edən 12 komandadan 10-nu bu seçimlə razıdır. Onların ən azı 1 dəfə İnqilab Məmmədovla bağlı pis xatirəsi var. 


İlin ən pis transferi - "Kəpəz"dən Azər Bağırovun göndərilərək Adil Şükürovun gətirilməsi

Daha sonra A.Şükürovun qovularaq yerinə A.Bağırovun təyin edən "Kəpəz"in İdarə Heyətində hazırda çalışan, çalışmış bu şəxsləri taxta medalla təltif edirik.



* İlin ən pis funksioneri - Kənan Kərimov

Baş məşqçi olmaq eşqi ilə alışıb-yanan, amma kateqoriya ala bilməyən, vitse-prezident vəzifəsini icra edə bilməyən şəxs ölkədə özünə rəqib tanımır.



* İlin ən pis stadionu - Yevlax Şəhər stadionu

Təsəvvür edin ki, media sektorunda oturduğumuz stulları oyun bitəndən sonra mətbuat konfrası otağına aparırıq. Azarkeşlər təbii ehtiyatlarını ödəməyə normal yer tapa bilmirlər. "Ot örtüyünə necə PRO lisenziyası verilib?" sualına hələ də cavab tapılmır.



* İlin ən pis qurumu - AFFA

Bəh-bəhlə ictimaiyyətə təqdim olunan İnkişaf Strategiyası ilə bağlı hansısıa ciddi addım atılmayıb. Milli komanda 2025-ci ildə qələbə üzünə həsrət qalıb. Başqa sözə ehtiyac var?!


Qalibləri təbrik etmirik. Ümid edirik ki, bu ili özləri üçün boşa keçmiş sayarlar və qarşıdakı 365 gündə inkişafları yönündə addımlar atarlar. 


Bəli, bu yazı satiradır. Amma sözü də zarafatda deyərlər. Lakin biz yazdıqlarımızda tam ciddiyik!

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:35

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi

16:45

"Arsenal"ın yeni transfer hədəfi

16:16

Bellinqemin mövqeyi dəyişə bilər

16:00

“Tanqoçular”da dəyişiklik

15:45

Bölgə klubunda ayrılıq

15:28

Müqavilələrlə bağlı yeni tələb

15:05

Martinesin durumuna aydınlıq gəldi

14:50

Boş tribunalara görə tənqid

14:30

PSJ-nin satmaq istədiyi futbolçu

14:04

"Qalatasaray" PSJ-nin futbolçusu üçün hərəkətə keçdi

13:49

Məşhur futbolçunun oğlu "Liverpul"la müqavilə bağladı

13:25

"Sumqayıt"ın futbolçusu uzun müddət sıradan çıxdı

13:03

FIFA-dan milliyə qadağa

12:48

Koreyalı futbolçu üçün danışıqlar başladı

12:19

"Şəfa"dan növbəti transfer - RƏSMİ