
Bosniya və Herseqovina millisinin sabiq yarımmüdafiəçisi Miralem Pyaniç futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sport1.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə jurnalist Nikolo Skiranın müsahibəsində danışıb:
“Artıq futbol oynamayacağam. Karyeramı bitirmişəm. Hazırda Dubayda yaşayıram və futbolçu deyiləm. İndi mənim üçün əsas prioritet kiçik oğlumdur. Mən artıq ilk növbədə atayam”.
Qeyd edək ki, Miralem Pyaniç klub karyerası ərzində “Barselona”, “Yuventus”, “Roma”, “Mets”, “Lion”, “Beşiktaş”, “Əl-Şarca” və son olaraq çıxış etdiyi ÇSKA-nın formasını geyinib. O, Moskva klubundan 2025-ci ilin yayında ayrılıb.