Ruben Neves Avropaya geri dönür

Bölmə adı Türkiyə
Yayımlandı 30-12-2025, 07:45

Ruben Neves karyerasını yenidən Avropada davam etdirə bilər.


Sport1.az xəbər verir ki, hazırda "Əl-Hilal"da çıxış edən yarımmüdafiəçi ilə "Qalatasaray" yaxından maraqlanır. 


28 yaşlı oyunçu Avropaya dönmək istədiyi üçün bu keçidə razıdır.


Qeyd edək ki, portuqaliyalının hazırki komandası ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Neves bu mövsüm "Əl-Hilal"ın heyətində 22 qarşılaşmada meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR