
FIFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Çempionatı ilə bağlı diqqətçəkən statistikanı açıqlayıb.
Sport1.az xəbər verir ki, qurum rəhbərinin sözlərinə görə, mundialın qrup mərhələsi oyunları üçün bilet müraciətlərinin sayı rekord həddə çatıb. Hazırda FIFA-nın sistemində 150 milyondan artıq bilet sifarişi qeydə alınıb.
Canni İnfantino bu göstəricinin cəmi 15 gün ərzində formalaşdığını bildirib:
“Cəmi 15 gün ərzində dünyanın hər yerindən Dünya Çempionatının biletləri üçün 150 milyon müraciət daxil olub. Bu müddət ərzində hər gün orta hesabla 10 milyon sorğu qeydə alınıb. Müraciətlərin sayına görə ABŞ, Almaniya və Böyük Britaniya ön sıralarda yer alır”.
Qeyd edək ki, DÇ-2026 üç ölkədə – ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Turnirin hazırkı qalibi isə Argentina millisidir.