
Güləş yığmamıza daha bir legioner cəlb olunub.
Sport1.az xəbər verir ki, sərbəst güləş üzrə super ağır çəki dərəcəsində İran adına 1 dəfə U17, 2 dəfə U23, 3 dəfə U20 Dünya Çempionu, böyüklər arasında son Asiya Çempionu olan 21 yaşlı Əmirrza Məsumi Azərbaycan vətəndaşlığı alıb. O, 2027-ci ildən beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək.
Varzesh3.com saytı müqavilənin detalları ilə bağlı maraqlı informasiyalar əldə edib. Azərbaycan Güləş Federasiyası güləşçiyə bu müqaviləyə görə ayda 22.000 dollar ödəyəcək.
Qeyd edək ki, bu ilin yayında Əmirrza öz şəxsi səhifəsində Ermənistanın paytaxtı İrəvandan paylaşım edərək, bu ölkənin vətəndaşlığını qəbul etdiyini bildirmişdi.

Ermənistan mətbuatı böyük sevinclə artıq məsələnin həll olduğunu yazırdı. Atası, keçmiş güləşçi Fərdin Məsumi erməni jurnalistlərə açıqlamasında bunu qismən təsdiq etmiş, onu da əlavə etmişdi ki, daha 2 ölkədən təkliflər var. Görünür ki, vətəndaşlığın o qədər də əhəmiyyət kəsb etmədiyi Əmirrza üçün pul daha vacib olub və seçimini Azərbaycandan yana edib.
İLKİN SULTANLI