Mbappe, Haaland, Keyn – 2025-in simvolik komandası

Bölmə adı Futbol
Yayımlandı 28-12-2025, 21:22

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünyanın simvolik yığmasını açıqlayıb.


Sport1.az xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan siyahıda ilin ən yaxşı futbolçuları mövqelər üzrə yer alıb.


Qapıçı:

Canluici Donnarumma (PSJ)


Müdafiəçilər:

Nunu Mendeş (PSJ)

Vilyam Paço (PSJ)

Əşrəf Hakimi (PSJ)


Yarımmüdafiəçilər:

Vitinya (PSJ)

Pedri (“Barselona”)

Lamin Yamal (“Barselona”)


Hücumçular:

Kilian Mbappe (“Real Madrid”)

Erlinq Haaland (“Mançester Siti”)

Harri Keyn (“Bavariya”)

Usman Dembele (PSJ)


Qeyd edək ki, IFFHS daha əvvəl 2025-ci ilin ən yaxşı məşqçilərini də açıqlamışdı. Klub səviyyəsində ilin məşqçisi PSJ-nin baş məşqçisi Luis Enrike, milli komandalar arasında isə İspaniya yığmasının çalışdırıcısı Luis de la Fuente seçilmişdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR