
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz karyerası ərzində birlikdə oynadığı ən zəif komanda yoldaşının kim olduğunu açıqlayıb.
Sport1.az xəbər verir ki, ingilis futbol əfsanəsi “Goal” nəşrinə açıqlaması bu baxımdan qapıçı Mark Boşniçi xüsusi qeyd edib. Onun sözlərinə görə, Peter Şmeyxelin komandadan ayrılmasından sonra qapıçı mövqeyi üçün bir neçə variant var idi və həmin siyahıda avstraliyalı “əlcək sahibi” də yer alırdı.
Skoulz həmin dövrü belə xatırlayıb: “Şmeyxeli əvəzləmək lazım gələndə Massimo Taibi və Mark Boşniç əsas namizədlər idi. O, “Aston Villa”da çıxış edərkən yaxşı təsir bağışlayırdı, amma bizə gəldikdən sonra son dərəcə qeyri-peşəkar davrandı. Açığı, bu, gülməli görünürdü. Qapıçı məşqlərində adətən 15–20 zərbə olurdu, o isə cəmi üç zərbədən sonra yorulduğunu deyirdi. Topu düzgün vurmağı bacarmadığını o vaxta qədər bilmirdim. Heç vaxt belə mənzərə görməmişdim. Mövsümün ilk oyununda “Everton”la səfər matçında topu meydanın ortasına qədər belə çatdıra bilmirdi. Ayaqqabı ölçüsü də çox böyük idi — 44 ölçü. Demək olar ki, hər dəfə top əvəzinə yerə zərbə vururdu. Bu isə böyük məyusluq idi”.