SON DƏQİQƏ
“Çelsi” heyətini gücləndirmək üçün iki gənc futbolçunu izləyir.
Sport1.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. London təmsilçisi Fransanın “Renn” klubunun mərkəz müdafiəçisi Jeremi Jake və “Sent-Etyen”in hücumçusu Jilian Nqessanla maraqlanır.
Mənbənin məlumatına görə, hazırda “zadəganlar” sözügedən futbolçuların transferi ilə bağlı konkret addım atmayıb və proses yalnız izləmə mərhələsindədir.
Bununla yanaşı, Romelu Lavianın tez-tez zədələnməsi fonunda “Çelsi”nin yay aylarında mərkəz yarımmüdafiə xəttini gücləndirmək variantını da nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, 20 yaşlı Jake bu mövsüm Fransa Liqa 1-də 15 oyunda forma geyinib. 17 yaşlı Nqessan isə bütün turnirlər üzrə 3 matçda iştirak edib və 1 qol vurub.