
Premyer Liqa təmsilçisi “Mançester Siti” mərkəz müdafiəçisi Natan Akeni satmağa hazırlaşır.
Sport1.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb. Bildirilir ki, İngiltərə klubu 30 yaşlı futbolçunun mümkün transferindən 30 milyon avro gəlir əldə etmək niyyətindədir və oyunçunu azad agent kimi buraxmağı planlaşdırmır.
Məlumata görə, Ake Madrid “Real”ına da təklif olunub. Lakin hazırda “kral klubu” niderlandlı müdafiəçiyə ciddi maraq göstərmir. Əvəzində, futbolçunun xidmətində “Barselona” daha israrlı tərəf kimi ön plana çıxır.
Qeyd edək ki, Natan Ake 2020-ci ilin yayından “Mançester Siti”nin formasını geyinir. O, cari mövsümdə bütün turnirlər üzrə 13 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.