
“Liverpul” zədələnən Aleksander İsakın yerini qısa müddətdə doldurmaq üçün bir neçə variantı nəzərdən keçirir.
Sport1.az xəbər verir ki, mersisayd təmsilçisi hücum xəttini gücləndirmək məqsədilə bazarda aktiv axtarış aparır. Klubun əsas namizədlərindən biri PSJ-nin forvardı Qonsalo Ramoşdur. Portuqaliyalı hücumçunun altı aylıq icarə əsasında İngiltərə klubuna keçidi mümkün variant kimi qiymətləndirilir.
Bundan əlavə, “Liverpul”un maraq dairəsində “Yuventus”un hücumçusu Duşan Vlahoviç və “Əl-Əhli”də çıxış edən Ayvan Touni də yer alır. Lakin bu iki futbolçu daha çox uzunmüddətli perspektiv üçün düşünülən seçimlər hesab olunur.
Xatırladaq ki, Aleksander İsak Premyer Liqada “Tottenhem”lə oyunda ayaq biləyindən zədə alıb və sümük sınığı səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qala bilər.