
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin ən yaxşı kişi hakimini müəyyənləşdirib.
Sport1.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada fransalı referi Klemen Turpin layiq görülüb. O, səsvermədə 65 xal toplayaraq siyahıya başçılıq edib.
İkinci və üçüncü yerləri isə eyni xalla iki hakim bölüşdürüb. Fransadan Fransua Leteksye və Polşanı təmsil edən Şimon Marçinyak hər biri 55 səs qazanaraq ilk üçlüyü tamamlayıblar.