
Türkiyədə qanunsuz mərc işi ilə bağlı saxlanılan futbolçuların adları açıqlanıb.
Sport1.az xəbər verir ki, yerli mətbuatda yayılan məlumata əsasən, araşdırma çərçivəsində ümumilikdə 26 nəfər saxlanılıb. “TRT Haber”in məlumatına görə, həbs olunan futbolçular arasında Bahattin Berke Demircən, Doğukan Çınar, Ergün Nazlı, Eyüp Can Temiz, Furkan Demir, Gökhan Payal, Hamit Bayraktar, Hüseyn Aybars Tüfekçi, İbrahim Yılmaz, İlke Tankul, İsmail Karakaş, Mert Aktaş və Tufan Kelleçenin adları yer alır.
Qeyd edək ki, ötən ay Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bu işlə bağlı açıqlamasında qanunsuz mərclər nəticəsində ölkədən 50 milyard dollardan artıq vəsaitin çıxarıldığını bildirmişdi.