
Premyer Liqada ilk yarı başa çatdı. Turnir cədvəlinin zirvəsində gözlənilməz bir ad parlayır – “Sabah".
Mövsümə qeyri-sabit başlayan komanda tənqid hədəfinə çevrilmişdi. Həmin vaxt “Sabah”ın qış çempionu olacağına inanmaq çətin idi. Amma bir neçə ayda hər şey dəyişdi.
Bu nəticə təsadüfi deyil. Komanda səssiz, iddiasız görünən, amma planlı şəkildə qurulan oyunu ilə irəlilədi. Təkcə xal yox, inam qazandı.
Qış çempionluğu “Sabah” üçün böyük uğurdur. Amma bu, eyni zamanda yeni məsuliyyət deməkdir. Azərbaycan futbolunda qış lideri olmaq hələ son sözü demək deyil.
İndi “Sabah” heyətini qoruyub saxlamalıdır. Əsas oyunçular zədələnməlidir. Onlardan biri sıradan çıxsa, eyni səviyyədə futbolçu tapmaq çətin olacaq. Bu isə vacib xalların itirilməsinə səbəb ola bilər. 2-3 yeni transfer isə baş məşqçi üçün əla motivasiya olacaq. Artıq Dambrauskas oyun fəlsəfəsini formalaşdırıb, kollektiv meydanda nə istədiyini yaxşı bilir.
Psixoloji təzyiq də artır. İndiyə qədər “Sabah” rahat oynayırdı. İndi isə liderdi. Hər rəqib bu komandaya qarşı motivasiya ilə çıxacaq. Fasilədən sonra ilk 3–4 oyunu uğurla keçə bilsə, bu inam daha da möhkəmlənəcək.
“Sabah” çempion ola bilər. Amma bu, möcüzə yox, düzgün qərarların icrası sayəsində baş verə bilər. Qış çempionluğu yolun yalnız yarısıdır. Komanda eyni inamla davam etsə, mövsümün sonunda Azərbaycan futbolunda yeni çempion adı eşidə bilər.
MƏHƏMMƏD HÜSEYNOV