AMADA gimnastlara seminar keçdi

Bölmə adı Digər
Yayımlandı 26-12-2025, 12:52

Azərbaycan Gimnastika Federasiyasının idmançıları üçün antidopinq maarifləndirmə seminarı keçirilib.


Sport1.az xəbər verir ki, AMADA-nın təşkilatçılığı ilə bağlı tutan tədbirdə idmançılara qadağan edilmiş siyahı, dopinq nəzarəti prosesi, eləcə də idmançıların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib.


Tədbir interaktiv formatda təşkil olunaraq sual-cavab sessiyaları ilə davam edib.


Seminarın əsas məqsədi idmançıların antidopinq qaydaları üzrə məlumatlılığını artırmaq, mümkün risklərin qarşısını almaq və dürüst rəqabət prinsiplərinə sadiqliyi gücləndirmək olub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR