Azərbaycan millisi Dünya Kubokunda 3-cü oldu

Bölmə adı Digər
Yayımlandı 25-12-2025, 20:57

Hindistanın Nyu-Delhi şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda Azərbaycan millisi uğurla çıxış edib.


Sport1.az xəbər verir ki, zorxana üzrə komanda yarışlarında millimiz 3-cü yerə çıxıb.


Fərdi mübarizədə isə Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsov Səfərov 3 bürünc, Nihat Qasımov 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıblar.


Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş medal əldə ediblər.


Ümumi medal sıralamasında Azərbaycan yığması Dünya Kubokunu 3-cü pillədə başa vurub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR