
"Vasko da Qama"nın yarımmüdafiəçisi Rayan karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, məlumatı "O Dia" nəşri yayıb.
19 yaşlı oyunçu ilə "Tottenhem" yaxından maraqlanır. A Seriyası klubu futbolçu üçün London təmsilçisindən 50 milyon avro tələb edir.
Məlumat da "Real"ın da futbolçuya maraq göstərdiyi və tələb edilən məbləği ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Rayan ötən mövsüm Braziliya A Seriyasında meydana çıxdığı 34 matçda 14 qola imza atıb.