
Futbol və döyüş idmanının tanınmış simaları görüş keçirib.
Sport1.az xəbər verir ki, Zlatan İbrahimoviç və Pol Poqba MMA üzrə keçmiş çempion Həbib Nurməhəmmədov və onun komandası ilə bir araya gəlib. Görüş baş tutub və tərəflər xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, Həbib Nurməhəmmədov son döyüşünü 24 oktyabr 2020-ci ildə UFC 254 turnirində keçirib. O, amerikalı Castin Qeycini ikinci raundda boğma fəndi ilə məğlub edib. Bu görüş Nurməhəmmədovun peşəkar karyerasında son döyüşü olub.


