I Liqa oyununda dava düşdü - VİDEO

Bölmə adı I Liqa
Yayımlandı 24-12-2025, 15:32

Bu gün I Liqada XII turun oyunlarına start verilib.

Sport1.az xəbər verir ki, tur çərçivəsində eyni vaxtda keçirilən qarşılaşmalardan birində “Mingəçevir” və “Şahdağ Qusar” komandaları üz-üzə gəlib. Matçın ilk hissəsinin sonlarında meydanda gərgin anlar yaşanıb. Hadisə 45-ci dəqiqədə qeydə alınıb.

Belə ki, Mingəçevir təmsilçisinin futbolçusunun rəqibinə qarşı etdiyi qayda pozuntusundan sonra hakim cərimə zərbəsi təyin edib. Məhz bu epizoddan dərhal sonra futbolçular arasında qarşıdurma yaranıb və meydanda dava düşüb.

Baş hakim Emin Əliyev oyunu saxlayaraq vəziyyətə müdaxilə edib. Nəticədə “Mingəçevir”in iki, “Şahdağ Qusar”ın isə üç futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.

Gərginlik aradan qaldırıldıqdan sonra qarşılaşma davam etdirilib.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik:

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR