son dəqiqə SON DƏQİQƏ
AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ●

Həbsdə olan ulduz karyerasını yenidən bərpa etmək istəyir

Bölmə adı Futbol
Yayımlandı 18-12-2025, 16:29

Niderland millisinin sabiq futbolçusu Kvinsi Promes karyerasını yenidən bərpa etmək niyyətində olduğunu açıqlayıb.

Sport1.az xəbər verir ki, hazırda həbsdə olan 33 yaşlı hücumçu işi üzrə apellyasiya prosesinin nəticəsini gözləyir. O, azadlığa buraxılacağı təqdirdə yenidən peşəkar futbola qayıtmaq üçün ciddi şəkildə hazırlaşacağını bildirib.

Promes müxtəlif ölkələrin klublarında çıxış edib. O, Niderlandda “Tvente” və “Qo Ahed İqls”, Rusiyada “Spartak”, İspaniyada “Sevilya”, daha sonra yenidən Niderlandda “Ayaks”, son olaraq isə BƏƏ təmsilçisi “Dubay Yunayted”in formasını geyinib. Futbolçu bir sıra mövsümlərdə məhsuldar oyunu ilə diqqət çəkib.

Kvinsi Promes açıqlamasında azadlığa çıxdıqdan sonra intensiv məşqlərə başlayacağını və yenidən klub tapacağına inandığını vurğulayıb. Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məqsədi ailəsinə maddi dəstək göstərməkdir.

Qeyd edək ki, Kvinsi Promes narkotik maddələrin qanunsuz dövriyyəsi və ağır xəsarət yetirmə ittihamları ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Futbolçunun işi üzrə apellyasiya baxışı 2026-cı ilin sentyabr ayına planlaşdırılıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR