
“Benfika”nın baş məşqçisi Joze Mourinyo mətbuatda səsləndirdiyi açıqlamaların məqsədi ilə bağlı sualı cavablandırıb.
Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bunun hansısa taktiki və ya psixoloji gediş olmadığını bildirib. Mourinyonun sözlərinə görə, onun məşhurluğu verdiyi bəyanatlarla deyil, qazandığı titullarla bağlıdır:
“Bağışlayın, amma məncə, məni məşhur edən bəzən dediyim axmaq sözlər yox, qazandığım titullardır”.
Hazırda Portuqaliya çempionatında 14 turdan sonra 32 xala malik olan “Benfika” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Komanda lider “Portu”dan 8 xal geri qalır.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl “Real”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Roma”, “Portu” və “Fənərbağça” klublarında çalışıb.