
İngiltərə Premyer Liqasının 16-cı turunda “Liverpul” evdə “Brayton”la qarşılaşıb.
Sport1.az xəbər verir ki, matç Məhəmməd Salah üçün əlamətdar olub. Oyunun 26-cı dəqiqəsində meydana çıxan misirli hücumçu 60-cı dəqiqədə Uqo Ekitikeyə məhsuldar ötürmə verərək Premyer Liqa tarixində bir klubun heyətində ən çox qol qatqısı olan futbolçuya çevrilib.
Bu assist Salahın “Liverpul” forması ilə Premyer Liqadakı ümumi məhsuldar fəaliyyəti 277-yə çatıb. Onun hesabında 188 qol və 89 məhsuldar ötürmə var. Bununla da o, əvvəlki rekordun sahibi olan “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runini geridə qoyub. Runi Premyer Liqada “qırmızı şeytanlar”ın heyətində 183 qol və 93 assistlə yadda qalmışdı.
Qeyd edək ki, “Brayton”la görüş Salah üçün baş məşqçi Arne Slotla yaşanan gərginlikdən sonra əsas komandaya dönüş matçı olub. Daha əvvəl misirli futbolçu rolundan narazılıq etdikdən sonra heyətdən kənarlaşdırılmış və Çempionlar Liqasında “İnter”lə oyunun iştirak ərizəsinə salınmamışdı.