Emre Mor Super Liqada klubunu dəyişə bilər

Bölmə adı Türkiyə
Yayımlandı 13-12-2025, 17:51

"Fənərbağça"nın vingeri Emre Mor qışda klubunu dəyişə bilər.

Sport1.az xəbər verir ki, türkiyəli futbolçu ilə Kocaelispor yaxından maraqlanır.

"Sarı-lacivərtlilər"lə müqaviləsi mövsüm sonu başa çatan 28 yaşlı oyunçu bu mövsüm forma şansı tapa bilməyib.

Qeyd edək ki, Emrenin hazırda transfer dəyəri 1 milyon avrodur.

Müəllif: Sport1.az