"Çelsi" Sterlinqlə yolları ayıracaq

Bölmə adı ---
Yayımlandı 13-12-2025, 17:21

“Çelsi” yarımmüdafiəçisi Rahim Sterlinqlə yollarını ayırmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, 31 yaşlı futbolçunun karyerasını davam etdirə biləcəyi variantlar arasında İngiltərə Premyer Liqasının “Lids” və “Kristal Pelas” klubları göstərilir.

Sterlinq heç bir klub tərəfindən alınmasa, londonlular onunla müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünə bilər.

İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR