son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir

Bölmə adı Futbol
Yayımlandı 12-12-2025, 22:17

Braziliyanın “San-Paulu” klubunun yarımmüdafiəçisi Oskar karyerasını başa vurmaq qərarına gəlib.

Sport1.az xəbər verir ki, ESPN Brasil-in məlumatına görə, 34 yaşlı futbolçu səhhətində yaranan problemlərlə əlaqədar peşəkar futboldan ayrılacağını yaxın çevrəsinə bildirib. Mənbənin yazdığına əsasən, “San-Paulu” rəhbərliyi oyunçu ilə görüşərək onun gələcək planlarını öyrənmək niyyətindədir. Klub Oskara struktur daxilində vəzifə təklif etmə variantını da nəzərdən keçirir.

Bildirilir ki, “San-Paulu” yarımmüdafiəçi üçün hər hansı son tarix müəyyən etməyib və futbolçuya gələcəyi ilə bağlı qərar verməsi üçün istədiyi qədər vaxt tanıyıb.

Xatırladaq ki, noyabrın 11-də Oskar məşq mərkəzində planlı tibbi müayinədən keçərkən huşunu itirib. Daha sonra onda ürəklə bağlı problemlər aşkarlanıb.

Qeyd edək ki, Oskar 2012–2017-ci illərdə “Çelsi”nin formasını geyinib və London klubu ilə İngiltərə çempionu olub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR