son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

Azərbaycan çempionatı start götürdü

Bölmə adı Digər
Yayımlandı 11-12-2025, 20:18

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb.

Sport1.az bildirir ki, Bakı Su İdmanı Sarayında keçirilən yarışda ölkənin müxtəlif şəhər və klublarını təmsil edən idmançılar sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üslublar üzrə yarışıb. Yarış həm fərdi, həm də estafet şəklində keçirilir. İlk günündə aşağıdakı nəticələr qeydə alınıb:


Qadınlar:

Qarışıq üsulla 400 metr – Sofiya Hacıyeva (qızıl medal), Sofiya Medvedyeva (gümüş medal);

Sərbəst üsulla 800 metr – Məryəm Cavadova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Leyla Abduləzizova (bürünc medal);

Sərbəst üsulla 1500 metr – Vlastilina Xasyanova (qızıl medal), Aleksandra Slepenko (gümüş medal), Dəniz Topçubaşova (bürünc medal);

Oğlanlar:

Qarışıq üsulla 400 metr – Oqtay Hüseynov (qızıl medal), Fərhad Şirməmmədli (gümüş medal), Timur Nikiforov (bürünc);

Sərbəst üsulla 800 metr – Süleyman İsmayılzadə (qızıl medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc medal);

Sərbəst üsulla 1500 metr – Süleyman İsmayılzadə (qızıl medal), Amin Oruclu (gümüş medal), Teyyub Həsənov (bürünc medal);

Yarışlar bitdikdən sonra mükafatlandırma mərasimi keçirilib. İdmançılara mükafatları ASF-nin baş katibi Oqtay Atayev, idman direktoru Pyer Ləfonten, müşavir Rəşad Əbdürəhmanov, üzgüçülük üzrə milli komandanın baş məşqçisi Luka Qabrillo, çempionatın baş katibi Rəşad Əliyev və Bakı Su İdmanı Sarayının direktoru Əjdər Abbasov təqdim ediblər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR