son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

"Üçüncü qol oyunun qırılma anı oldu" – Elvin Cəfərquliyev

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 11-12-2025, 12:44

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ” Bakıda “Ayaks”a 2:4 hesabı ilə uduzdu.

Qarşılaşmadan sonra “köhlən atlar”ın futbolçusu Elvin Cəfərquliyev oyunla bağlı fikirlərini Sport1.az-a açıqladı:

“Bizim üçün vacib gün idi. Qazanacağımız üç xal növbəti mərhələ üçün şanslarımızı daha da artıracaqdı”.

O, matçın gedişindəki səhvlərin nəticəyə təsir etdiyini dedi:

“Oyuna yaxşı başladıq, üstünlük bizdə idi. Amma hücuma çıxanda bəzi səhvlər etdik. Bu tip oyunlarda ani səhvlər qapıda qol ilə yekunlaşır və biz də bunun acısını yaşadıq. Nəticədə qapımızda toplar gördük. Buraxdığımız iki qoldan sonra motivasiyamız düşdü. Üçüncü qol isə oyunun qırılma anı oldu. Qələbə qazanmağı çox istəyirdik, təəssüf ki, bacarmadıq. Qaçırdığımız qol şansları da bizi məğlubiyyətə gətirib çıxardı”.

Cəfərquliyev əvəzetmələrlə bağlı sualı da cavablandırdı:

“Əvəzetmələrə qarışmağım düzgün olmaz, bu, baş məşqçinin işidir. Qol imkanlarımız oldu, yararlana bilmədik. İtiriləcək bir şeyimiz yoxdur, əlimizdən gələni edəcəyik ki, növbəti iki oyundan maksimum yararlanaq və növbəti mərhələyə keçək”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR