
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema klubdan ayrıla bilər.
Sport1.az xəbər verir ki, fransalı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini yeniləmək istəmir.
37 yaşlı forvardın mövcud sözləşməsi 2026-cı ilin yayında başa çatır.
Qeyd edək ki, Benzema 2023-cü ildən "Əl-İttihad"ın şərəfini qoruyur.