son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

Saprindən proqnoz: “Ayaks”ın itkiləri Bakıda işini çətinləşdirəcək

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 10-12-2025, 18:17

“Qarabağ”ın Çempionlar Liqasındakı taleyinə təsir göstərə biləcək həlledici qarşılaşma öncəsi tanınmış rusiyalı şərhçi Nikolay Saprin oyunun perspektivlərini dəyərləndirib.

Sport1.az xəbər verir ki, o, “Qarabağ” – “Ayaks” görüşü ilə bağlı fikirlərini Championat.com saytına verdiyi geniş açıqlamada səsləndirib. Şərhçi həm Azərbaycan təmsilçisinin mövsümdəki performansını, həm də rəqibin durumunu nəzərə alaraq matçdan gözləntilərini bölüşüb:

“Qarabağ” iki turda qazandığı iki qələbə ilə pley-off şansını qoruyur. Amma iddianı davam etdirmək üçün xal toplamaq vacibdir. “Ayaks” isə turnirin yeganə xalsız komandasıdır və bu, ideal fürsətdir. Üstəlik, “Qarabağ” hazırda bütün turnirlər üzrə 10 oyunluq məğlubiyyətsiz seriyadadır — “Kopenhagen” üzərində 2:0, “Çelsi” ilə 2:2 bunu təsdiqləyir”.

O, heyət itkisi baxımından da Azərbaycan klubunun üstünlüyə malik olduğunu əlavə edib:

“Kadi Borgesin zədəsi ciddi itkidir, amma komanda bunun öhdəsindən gəlir. “Ayaks”da isə itkilər çoxdur: Bergius uzun müddətdir sıradan çıxıb, Makonnell son matçları buraxıb, əlavə olaraq Şutalo, Teylor və Veghorst da zədələnib. Bu vəziyyət onların işini daha da çətinləşdirəcək”.

Sonda Saprin matçın favoriti olaraq “Qarabağ”ı göstərib:

“Hesab edirəm ki, “Qarabağ” qələbəyə daha yaxındır – ehtimal ki, minimal hesabla: 1:0 və ya 2:1. Matç açıq futbol şəraitində keçəcək. “Ayaks” nə qədər yaxşı oynamasa da, ona da xallar lazımdır. Bu klub avrokuboklarda ardıcıl altı dəfə uduzmayıb. Amma “Qarabağ”ın hücum futbolu hər zaman təhlükəlidir”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR