son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

Psixoloji mübarizədən "Qarabağ" qalib ayrıla biləcək? – MÜTƏXƏSSİS RƏYİ

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 10-12-2025, 18:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda "Qarabağ" doğma meydanda "Ayaks"ı qəbul edəcək.

"Köhlən atlar" bu matçda qələbə qazanacağı halda, növbəti mərhələ şanslarını ciddi səviyyədə artıracaq.

Görəsən, təmsilçimiz niderlandlılar qarşısında uğurlu nəticə ala biləcək?

Sualımızı Arif Əsədova yönəltdik. Tanınmış futbol mütəxəssis məsələ ilə bağlı düşüncələrini Sport1.az saytına açıqladı:

"Bu gün "Qarabağ"ı psixoloji baxımdan çox çətin oyun gözləyir. Çünki, bu gün qazanılacaq qələbə pley-off şanslarını yüksəldir. Rəqibin autsayder olmasına baxmayaraq, "Ayaks" elə "Ayaks"dır. Hal-hazırda eniş yaşasalar da, komandada yeni baş məşqço təyinatı var. Yeni çalışdırıcı ilə Erediviziyada 2 matçda qələbə qazanıblar. Bu baxımdan təmsilçimizi çətin sınaq gözləyir. Üstəlik "Qarabağ" qalib gəlməlidir, niderlandlıların isə itirəcəyi heç nə yoxdur. Ona görə də, onlar rahat oynaya bilərlər. Amma şanslardan danışsaq, təbii ki favorit "Qarabağ"dır. Evdə, doğma azarkeşlər önündə oynayacaqlar. Bu, "Qarabağ" üçün növbəti mərhələyə yüksəlmək uğrunda böyük şansdır. Oyunda ağdamlıların erkən qol vurmağı lazımdır ki, matçın gedişində rahat çıxış edə bilsinlər. Əks halda, vaxt keçdikcə rəqib meydançanı, azarkeşləri hiss etsə, bizim üçün problem yaranacaq".

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR