son dəqiqə SON DƏQİQƏ
"Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ●

"Missiyamızı sona qədər başa vurmalıyıq" – Mateus Silva

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 9-12-2025, 18:09

"Qarabağ"ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Ayaks"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sport1.az braziliyalı sağ cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

"Bizi çox sabah ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək".

- Sabahkı oyuna xüsusi motivasiya ilə çıxacaqsınız? Bu mövsüm yaxşı performans göstərirsiz. Bunun davamını görə bilərik?

- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah "Qarabağ" üçün həlledici oyunlardan biri olacaq. Komanda daxilində həyəcan var?

- Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm "Ayaks"a 0:3 hesabı ilə uduzmuşduz. Revanş hissi var?

- Doğrudur, keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bir sözü deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız "Flamenqo" ilə hallanırdı. Bu, doğrudur?

- Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimizi yayındırmamalıdır. Düşünmək üçün vaxtımız var. Missiyamızı sona qədər başa vurmalıyıq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR