son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

6 boksçumuz DÇ-də 1/4 finalda

Bölmə adı Döyüş
Yayımlandı 9-12-2025, 14:26

Azərbaycan millisinin 6 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalına yüksəlib.

Sport1.az xəbər verir ki, Sübhan Mamedov (48 kq) 1/8 finalda Mehron Şafiyevlə (Tacikistan) döyüşüb. Görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasında Şodiyorjon Melikuzyevlə (Özbəkistan) üz-üzə gələcək.

Məhəmmədəli Aşurəliyev (60 kq) ardıcıl üçüncü döyüşdən qələbə ilə ayrılıb. O, 1/8 finalda Artuş Qomtsyana (Gürcütsan) gücünü göstərib – 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27). Aşurəliyev 1/4 finalda Abdumalik Xalokovu (Özbəkistan) sınağa çəkəcək.

Zaur Qəhrəmanov (67 kq) bu dəfə Tomas Kasazzanı (Argentina) mübarizədən kənarlaşdırıb – 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26). Onun növbəti rəqibi Yevgeni Kul (Rusiya) olacaq.

Səidcəmşid Cəfərov (75 kq) yenə rinqdən qalib ayrılıb. Təmsilçimiz Amir Abbası (Bəhreyn) hər üç raundda məğlub edib və yekunda 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Cəfərov yarımfinala gedən yolda Fazliddin Erkinboyevlə (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.

Alfonso Dominqes (92 kq) debütdə Matias Veronla (Argentina) qüvvəsini sınayıb. Dünya çempionumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. Dominqes 1/4 finalda Andrey Zaplitni (Moldova) ilə gücünü sınayacaq.

Məhəmməd Abdullayev (+92 kq) isə startda Mvoqo Zaçaryeni (Kamerun) məğlub edib – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27). Dünya Çempionatının mükafatçısı 1/4 finalda Dovlet İslamovla (Türkmənistan) qarşılaşacaq.

Qeyd edək ki, bu gün daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR