son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

Milli Gimnastika Arenasında beynəlxalq turnir keçirilib

Bölmə adı Digər
Yayımlandı 8-12-2025, 20:27

Milli Gimnastika Arenasında “Winter Fairytale” beynəlxalq turniri keçirilib.

Sport1.az xəbər verir ki, yarışda 9 ölkədən 28 klubun ümumilikdə 262 gimnastı mübarizə aparıb.

Gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə (2010–2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018–2019-cu il təvəllüdlülər) alətsiz proqramla yanaşı, lent, halqa, top, gürzlər və ip növlərində çıxış ediblər.

Proqramların sonunda müxtəlif kateqoriyalarda fərqlənən gimnastlar mükafatlandırılıblar.

Turnirin son günü isə xüsusi bir hadisə ilə yadda qalıb. İsrailin məşhur bədii gimnastı, Olimpiya çempionu Linoy Aşram turnir iştirakçıları üçün “ustad dərsi” keçib. Dünya gimnastikasının ən parlaq adlarından biri olan Linoy dərs zamanı gənc gimnastlarla öz idman yolu, nailiyyətləri və bu yolda qarşılaşdığı çətinliklər barədə danışıb.

Daha sonra praktiki məşq hissəsinə keçərək idmançılara yeni texniki nüanslar və elementlərin icrasını öyrədib. Gənc gimnastların böyük maraqla izlədiyi “ustad dərsi” turnirə xüsusi rəng qatıb və iştirakçılar üçün unudulmaz təcrübəyə çevrilib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR