
Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun oyununa indiyədək 27.650 bilet satılıb.
Sport1.az xəbər ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda yerli vaxtla saat 21:45-də start götürəcək.