son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

“Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Bölmə adı Digər
Yayımlandı 8-12-2025, 14:07

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında (AHİİTA) bu qurumun və “Neftçi” İdman Klubunun nümayəndələri arasında Əməkdaşlıq Memorandumunun imzalanması məqsədilə görüş keçirilib.

Sport1.az xəbər verir ki, Memorandumun məqsədi tərəflər arasında idmanın kütləviləşdirilməsi və sağlam həyat tərzinin təşviqi üçün birgə layihələrin təşkili və icrası, peşəkar kadrların və idmançıların müvafiq sahədəki potensialının daha da gücləndirilməsi üçün təcrübə mübadiləsi, təlim və seminarların keçirilməsi, tərəflərin fəaliyyət istiqamətlərinə aid sosial təşəbbüslərin və digər aidiyyəti fəaliyyətlərin müəyyən edilməsi və dəstəklənməsidir.

Tədbirdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə idman tədbirlərinin təşkili, idman təşəbbüslərinə qarşılıqlı dəstək, birgə sosial proqramların icrası, idman və digər aidiyyəti qurğulardan qarşılıqlı istifadə, eləcə də təcrübə mübadiləsi və birgə təlimlər istiqamətində müzakirələr aparılıb.

Sonda “Neftçi” İdman Klubu və AHİİTA arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi “Neftçi” İdman Klubu İdarə Heyəti sədrinin müavini, icraçı direktor vəzifəsini müvəqqəti icra edən Fərəc Əliyev və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Emin İsmayılov imzalayıblar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR