
“Qarabağ”ın UEFA Gənclər Liqasının əsas mərhələsinin 6-cı turunda Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcəyi oyunun hakim təyinatları bəlli olub.
Sport1.az xəbər verir ki, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da “Azersun Arena”da, saat 15:00-da start götürəcək.