
Lionel Messinin formasını geyindiyi "İnter Mayami” MLS Kubokunun qalibi olub.
Sport1.az xəbər verir ki, sözügedən komanda final görüşündə “Vankuver”lə qarşılaşıb.
Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:1.
“İnter Mayami”nin qollarını Okampo (avtoqol), Rodriqo De Paul və Tadeo Allende vurub. Messi bu görüşdə iki məhsuldar ötürmə edib. “Vankuver”də isə Ali Ahmed fərqlənib.