
Minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.
Sport1.az xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.
Yığma burada keçiriləcək miniturnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.