
İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukakunun karyerasını davam etdirmək üçün üstünlük verdiyi komanda müəyyənləşib.
Sport1.az xəbər verir ki, hazırda tərəflər arasında rəsmi danışıqların aparılıb-aparılmadığı məlum deyil, lakin belçikalı forvardın agentləri tezliklə onun xidmətlərini "rossonerilər"ə təklif edəcək.
Lukakunun rəhbərliklə münaqişə səbəbindən yayda Neapol təmsilçisindən ayrılacağı gözlənilir.
Xatırladaq ki, Romelu Lukaku cari mövsüm "Napoli"də cəmi 7 oyunda (1 qol) meydanda olub. O, səhhətindəki problemlərə görə mövsümün böyük hissəsini buraxıb.