
"Real Madrid"in üzvü Eder Militao əməliyyat olunub.
Sport1.az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.