son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

Azərbaycan millisi AÇ-yə 20 boksçu ilə qatılacaq

Bölmə adı Döyüş
Yayımlandı 6-12-2025, 17:16

Dekabrın 10-da Almaniyanın Keinbaum şəhərində yeniyetmə oğlan və qız boksçular arasında U-17 Avropa Çempionatına start veriləcək.

Sport1.az xəbər verir ki, 9 gün davam edəcək yarışa Azərbaycan millisi 20 idmançı ilə qatılacaq.

Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədov Keinbaumda Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Ayxan Həsənov (50 kq), Əli Abaslı (52 kq), İbrahim Bədəlli (54 kq), Raul Heydərli (57 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Nurlan Süleymanov (66 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq), İsmayıl Vəliyev (80 kq) və Səfdər Məmmədzadəyə (+80 kq) güvənəcək.

Baş məşqçi İlkin Ağayev Avropa Çempionatında Aysel Fərəcova (46 kq), Gülər Hüseynova (48 kq), Əminə Tağı (50 kq), Zəhra Məmmədova (52 kq), Cəmilə Muradlı (54 kq), Fidan Bakarova (63 kq) və Səma Abbasovaya (66 kq) şans verəcək.

Beynəlxalq dərəcəli hakim Anar Babanlı isə ədalət təmsilçiləri sırasında yer alacaq.

Avropa Çempionatında 29 ölkə iştirakını təsdiqləyib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR