son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

Neymar mundialda olacaq? – Ançelotti açıqladı

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 6-12-2025, 13:34

Neymarın gələn il keçiriləcək Dünya Çempionatı–2026-da Braziliya millisinin heyətinə düşüb-düşməyəcəyi hələ də sual altındadır.

Sport1.az xəbər verir ki, hazırda “Santos”u elita liqadan düşməkdən xilas etməyə çalışan hücumçu bu proseslə Dünya Çempionatına çağırılmaq şansını artırmağa çalışır.

Baş məşqçi Karlo Ançelotti isə məsələ ilə bağlı ehtiyatlı danışıb:

“Başa düşürəm ki, hamının Neymarla bağlı böyük marağı var. Amma bir məqamı dəqiqləşdirim: Hazırda dekabrdır, Dünya Çempionatı isə iyunda olacaq. Heyəti mayda açıqlayacağam. Əgər Neymar buna layiq olsa, sağlam olsa və digərlərindən daha yaxşı və ya ən azı onlar qədər oynasa, mundialda iştirak edəcək”.

Qeyd edək ki, Neymar son dəfə Braziliya millisinin heyətində 2023-cü il 18 oktyabrda Uruqvaya qarşı keçirilmiş seçmə oyununda meydanda olub - 0:2.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR