son dəqiqə SON DƏQİQƏ
Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ●

Mundial həyəcanı başlayır: 48 komandalı DÇ-2026-nın qrupları müəyyənləşdi

Bölmə adı Dünya Çempionatı
Yayımlandı 5-12-2025, 23:09

Bu gün DÇ-2026-nın final mərhələsinin püşkü atılıb.

Sport1.az xəbər verir ki, ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının final mərhələsinin qrupları Vaşinqtonda təşkil olunan mərasimdə müəyyənləşib. Turnir tarixində ilk dəfə 48 yığma mübarizə aparacaq və komandalar 12 qrupa bölünüb.

Qruplar aşağıdakı kimidir:

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA pley-off yolunun D qalibi (Danimarka/Şimali Makedoniya/Çexiya/İrlandiya).

B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA pley-off yolunun A qalibi (İtaliya/Şimali İrlandiya/Uels/Bosniya və Herseqovina).

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti.

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA pley-off yolunun C qalibi (Türkiyə/Rumıniya/Slovakiya/Kosovo).

E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao.

F qrupu: Niderland, Yaponiya, Tunis, UEFA pley-off yolunun B qalibi (Ukrayna/İsveç/Polşa/Albaniya).

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya.

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde.

İ qrupu: Fransa, Seneqal, Norveç, qitələrarası pley-off qalibi (Boliviya/Surinam/İraq).

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya.

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, qitələrarası pley-off qalibi (Yeni Kaledoniya/Yamayka/Konqo DR).

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Qeyd edək ki, Dünya Çempionatı 11 iyun–19 iyul tarixlərində keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR