
Portuqaliya və Argentina milliləri DÇ-2026-da potensial olaraq 1/4 finalda üz-üzə gələ bilərlər.
Sport1.az xəbər verir ki, bu ehtimalın reallaşması üçün hər iki komanda qrup mərhələsini lider kimi başa vurmalı və 1/8 finalda da rəqiblərini məğlub etməlidir. Bu halda Lionel Messinin başçılıq etdiyi Argentina ilə Kriştiano Ronaldonun liderlik etdiyi Portuqaliya növbəti mərhələdə qarşılaşa bilər.
Püşkatmaya əsasən, Argentina J qrupunda Avstriya, Əlcəzair və İordaniya ilə mübarizə aparacaq. Portuqaliya isə K qrupunda Kolumbiya, Özbəkistan və qitələrarası pley-offun qalibi (Yeni Kaledoniya / Yamayka / Konqo DR) ilə üz-üzə gələcək.
Qeyd edək ki, DÇ-2026 gələn yay ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə 48 komanda iştirak edəcək. Hazırkı dünya çempionu Argentina millisidir