"Çelsi"nin gənc futbolçusu karyerasını Almaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 2027-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Borussiya Dortmund" və "Leypsiq" klubları maraqlanır. 19 yaşlı sol cinah oyunçusunun hazırkı transfer dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, ingiltərəli futbolçu ötən mövsüm meydana çıxdığı 38 oyunda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az