“Rəqib hər iki oyunda əla müdafiə olundu, penaltilər seriyasında isə bəxtimiz gətirmədi”.
Sport1.az xəbər verir ki, bu sözləri UEFA-nın mətbuat xidmətinə açıqlamasında “Seltik”in futbolçusu Kallum Makqreqor Çempionlar Liqasında “Kayrat”a uduzduqları pley-off oyunundan sonra deyib:
“Əlbəttə, başqa nəticə gözləyirdik. Lakin uduzduq. “Kayrat”a hörmət etməliyik. Onlar hər iki matçda yaxşı müdafiə olundular.
Çempionlar Liqasında oynamaq istəyirdik və buna nail olmadığımıza görə məyusuq. Bu məyusluğu mümkün qədər tez aşmalı və birliyimizi qorumalıyıq”.
Dünən Qazaxıstanın Alma-Ata şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı 0:0 hesabıyla başa çatıb. Penaltilər seriyasında isə 3:2 hesabıyla qalib gələn ev sahibləri Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Sport1.az